İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sən də vaxtında oxuyardın, olardın "briqadir" - Cavanşir Məmmədov - VİDEO

"Biz toyda doyunca çörək yeyə bilmirik. Ona görə ki, yemək səsi içəri batırı. Limonlu çay içə bilmirik. Çünki, limondakı turşu boğazı qıcıqlandırır və səs temberi dəyişir. Səs gücləndirici aparatın yanında 15 dəqiqə qalanda söz soruşsalar da amma eşitmirsən. Hər sənətin öz çətinlikləri var. "Bizim işimiz fəhlədən də ağırdır" sözlərini pis mənada deməmişəm. Demişəm ki, biz öz işimizin fəhləsiyik". 

Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib. 

Sənətkar verilişlərin birində fəhlələrin gördüyü işin müğənnilikdən asan olduğu deməsinə aydınlıq gətirib. 

Cavanşir bu fikirlərinin yalnış anlaşıldığı üçün fəhlələrdən üzr istəyib:  

"Fəhlə qardaşlarım, əgər mənim bu sözlərim sizin xətrinizə dəyibsə, üzr istəyirəm. Üzr istəmək də böyüklükdür. Amma mən xətrə deyiləsi söz deməmişəm. Mənim sözlərimi verilişdə montaj edib paylaşıblar. Siz fəhlələrin işi hamıdan ağırdır. Amma yüngül işlər də var. Hər sahədə var. Axı onu sən niyə üzərinə götürürsən? Niyə mənə qarşı "briqada", "komanda" düzəldirsiniz? O sözü deyən oğlan da öz telefonunu da yazmalıdır. Qoymursansa demək sözünü deyib, gizlənirsən. Belə etmək lazım deyil. Ola bilər ki, sən məni düzgün anlamamısan və ya mən səhv etmişəm. Səhv edən iki cism var: biri göydə Allah, ikincisi də yerdə ölüdür. Allahdan başqa hamı səhv edə bilər. Ona görə də sözlərinizə diqqət edin. Mən demişəm ki, bizim işimiz də fəhləlikdir... Biz nə məmur, nə də ki nazirik... Biz də xalqımıza xidmət edirik. İndi sən fəhlənin üzərinə ağır iş düşüb, digərinin isə yüngül. Təki Allah mənə də sən fəhlənin canının sağlığından verərdi, mən də gəlib daşı-daş üstünə qoya bilərdim. Elə insanlar var ki, hər şeyi olsa da amma canının sağlığı yoxdur. Bu da belə... Bu Azərbaycanı və burada olan villaları tikən elə sizin kimi oğullardı da... O villanı tikən insan günü 20 manata işləməyib ki... O villanın "smetası" tutulanda 500 min edib. Əgər o villanın qiyməti 5 milyondursa orada günü 20 manata işləyən olmayıb. Sən də zamanında peşə, texniki məktəbi oxuyardın indi də olardın "briqadir", iş ustası, mühəndis. İndi sənin sahənə fəhləlik düşüb. Biz sənin işini görə bilmərik. Hərənin Allah tərəfindən öz yazısı var". 

Qeyd edək ki, fəhlələrdən biri Cavanşir Məmmədova sosial şəbəkədə videomüraciət ünvanlayıb.

O, "Əgər dediyiniz kimi fəhlənin işi sizinkindən asandırsa, toyu idarə etmək üçün danışdığın pulu mən sənə verirəm. Gəl, bir gün mənimlə palçıq qarışdır. Aşağıdan yuxarı mərtəbəyə qum daşı, toyda danışdığın pulu sənə verməsəm, nakişiyəm. Sənə meydan oxuyuram, mən sənə fəhləlik meydanı oxuyuram" sözlərini dilə gətirib.  

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR