Onlayn ictimai-siyasi qəzet
Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar Türkiyə millisinin məğlubiyyətindən sonra təsəlli paylaşımı edib.
Musavat.com xəbər verir ki paylaşımda deyilir:
"Canınız sağ olsun... Mübarizə və əzmkarlığınıza görə təşəkkürlər".
S. Bayraktarın sosial media hesabındakı paylaşıma minlərlə insan reaksiya verib.
Xatırladaq ki, dünən Türkiyə milli futbol komandası Hollandiya ilə 1/4 finalda mübarizə apararaq, 2:1 hesabı ilə məğlub olub və nəticəsində Avropa çempionatından kənarlaşıb. Buna baxmayaraq, Türkiyə millisinin oyunu və mübarizə əzmi yüksək təqdir qazanıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ