Onlayn ictimai-siyasi qəzet
Xərçəng xəstələrinin bir çoxu şirniyyatdan qaçırlar ki, onlar bu yolla xəstəliklərinin öhdəsindən gələ biləcəklər.
SinSinnati Universitetinin onkoloji mərkəzinin mütəxəssisi Steysi Şouxan deyir ki, qidalanma üzrə onkoloq kimi səkkiz il ərzində o, xərçəng xəstələrindən pəhrizlərinin proqnoza necə təsir etdiyi ilə bağlı çoxlu suallar eşidib, ancaq bir sual digərlərindən daha tez-tez ortaya çıxıb: “Şəkərli qidalar və içkilər yemək xərçəng hüceyrələrini qidalandırır və vəziyyəti daha da pisləşdirirmi?”
“Xərçəng xəstələri çox həssasdırlar və bəziləri yeməkdən qorxurlar, düşünürlər ki, şəkərli qidalar yeməyi dayandırsalar, xərçəngi ac saxlaya bilərlər", - ¬ Steysi Şouxan deyir.
Onun sözlərinə görə, şəkərin xərçəngi qidalandırdığı barədə rəvayət 1920-ci illərdə yaranıb. O zaman bir alman fizioloqu bəzi şiş hüceyrələrinin sağlam hüceyrələrdən daha çox qlükoza istehlak etdiyinin fərqinə varıb. Ondan qısa müddət sonra xərçəngi müalicə etdiyi iddia edilən aşağı şəkərli pəhrizlər ortaya çıxıb. “ABŞ və Avropada aparılan son sorğular göstərir ki, xərçəng xəstələrinin təxminən üçdə biri şəkərdən fəal şəkildə çəkinir”, - Şouxan bildirir.
Mütəxəssislər şəkərlə zəngin pəhrizlərin ömür boyu xərçəngə tutulma riskinizi artıra biləcəyini desələr də, şəkərdən tamamilə imtina əslində əvvəlcədən mövcud olan şişlərlə mübarizə aparmağa kömək etməyəcək.
Dallasdakı tibb mərkəzinin diabet tədqiqatçısı Filip Şirer deyir ki, hər bir hüceyrənin qlükozaya ehtiyacı var, beynimizin də o cümlədən.
Başqa sözlə, xərçəngi olan və ya onun inkişaf riskini azaltmağa çalışanlar üçün ən yaxşı yol balanslaşdırılmış şəkildə sağlam qidalanmaqdır.
Doktor Şirer şəkərin kanserogen olmadığını vurğulayır. Şəkər yeməyin özlüyündə siqaret çəkmək kimi xərçəngə səbəb olduğuna dair heç bir sübut yoxdur. Onun sözlərinə görə, xərçəngin bir çox növləri əsas enerji mənbəyi kimi yağdan istifadə etməyi üstün tutur, buna görə də xərçəng hüceyrələrinin qlükozaya üstünlük verməsi fikri belə tamamilə doğru deyil.
Klivlenddəki Connor Whole Health University hospitalının inteqrator onkoloqu doctor Santoş Raonun fikrincə, xərçəng xəstələrinin qidadan qorxmadan öz pəhrizlərini idarə etmələri vacibdir: “Çünki onların yarısı xəstəlik nəticəsində əzələ itkisi yaşayır”.
Xanım Şouxanın sözlərinə görə, bəzən həkimlərin zəiflədən prosedurlar zamanı xəstələrə tövsiyə etdiyi süd, elektrolitli içkilər və hətta kartof kimi qidaların tərkibində yüksək miqdarda şəkər ola bilər.
Bəs özünü heç nədən məhrum etmədən necə sağlam qidalanmaq olar?
"Xərçəng xəstəliyinin inkişaf riskini azaltmağın və xərçəng diaqnozundan sonra düzgün qidalanmanı təmin etməyin ən yaxşı yolu bol meyvə və tərəvəzdən ibarət sağlam pəhrizdir", - hesabatda deyilir.
Bəzi tədqiqatlar göstərir ki, Aralıq dənizi pəhrizi bu prinsiplərə uyğundur və xərçəng riskini azaltmağa kömək edə bilər. Karbohidratları zülal, lif və yağla birləşdirmək (alma diliminə bir az fıstıq yağı əlavə etmək kimi) qlükoza səviyyələrində sıçrayışların qarşısını alır ki, bu da zamanla metabolizmi poza və xərçəng riskini artıra bilər.
Əziz, Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ