Onlayn ictimai-siyasi qəzet
“Bu infeksiyaların yoluxmasında təəssüf ki, cavanlaşma var. Məktəblərdə, universitetlərdə maarifləndirmə tədbirləri həyata keçiririk”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində sualları cavablandıran Nazirliyin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.
O bildirib ki, bunun qarşısının alınması üçün insanların sıx olduğu yerlərdə bukletlər paylanır və analizlər götürülür:
“Biz aidiyyəti qurumlarla maarifləndirici tədbirlər görürük. Daha çox videoçarxlarımız “Bakı Metropoliteni”ndə, sərnişindaşıma avtobusları və dayanacaqlarda yerləşdirilərək gündəlik 100 min nəfərlik əhali tərəfindən izlənilir. Düşünürük ki, insanlar nə qədər çox məlumatlı olsalar, bir o qədər də özlərini qorumuş olacaqlar”.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ