İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyində mühüm müzakirə - FOTOLAR

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində vərəm əleyhinə fəaliyyətin və mövcud vəziyyətə dair iclas keçirilib.

Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib.

Səhiyyə naziri Teymur Musayevin rəhbərliyi ilə keçirilən iclasda QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun Portfolio meneceri Olqa Avdeyeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov, həmçinin Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyindəki qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında səhiyyə sahəsində aparılan məqsədyönlü islahatlar nəticəsində növbəti mərhələyə keçidin reallaşdırıldığını vurğulayan səhiyyə naziri Teymur Musayev bildirib: “Uğurlu səhiyyə islahatları üç əsas prinsip üzərində qurulub. Birincisi, insan kapitalının inkişafıdır. İkincisi, bu sahədə bütün fundamental dəyişikliklərin əsas amili səhiyyənin rəqəmsallaşdırılmasıdır. Üçüncüsü isə, səhiyyə sisteminin yeni iqtisadiyyatı və səhiyyənin maliyyələşdirilməsidir. Səhiyyə sisteminin 3 sütununa vərəmə qarşı mübarizə addımlarının gücləndirilməsi də şamil olunur”.

Nazirin sözlərinə görə, 2012-ci ildən başlayaraq Azərbaycan hökuməti tərəfindən vərəmlə mübarizə üzrə Dövlət Proqramları hesabına vərəmə qarşı davamlı olmayan dərmanların alınması və digər müvafiq xərclərin tam ödənilməsinə başlanılıb. Eyni zamanda, 2021-ci ildən Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizmi – icbari tibbi sığorta tətbiq edilir.

Öz çıxışında Teymur Musayev Qlobal Fondun layihələrinin davamlı olaraq Azərbaycanda həyata keçirildiyi və vərəmlə mübarizədə böyük töhfə verdiyini diqqətə çatdırıb. Nazir, həmçinin ölkəmizdə vərəmlə xəstələnmə dinamikasında azalmanın müşahidə olduğunu vurğulayıb.

“Əldə etdiyimiz nailiyyətlərə baxmayaraq, vərəmlə mübarizə üzrə Fəaliyyət Planının həyata keçirilməsi üçün uzunmüddətli Strategiya və Yol Xəritəsinin hazırlanmasına ehtiyac var. Vərəmlə mübarizə qlobal məsələdir və biz birlikdə əməkdaşlıq edərək, eyni zamanda təcrübəmizi bölüşərək daha çox müsbət nəticələr əldə edə bilərik”, - deyə səhiyyə naziri fikrini tamamlayıb.

Öz çıxışlarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ölkəmizdə vərəmlə mübarizədə ixtisaslaşmış tibb müəssisələrinin tikildiyi və müasir yanaşmanın tətbiq olunduğunu qeyd ediblər.

İclasda, həmçinin Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova geniş hesabatla çıxış edib. İ.Axundova vurğulayıb ki, Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində son 10 ildə xəstələnmənin dinamikasında, eyni zamanda vərəmdən ölüm hallarının azaldılmasında müsbət dəyişikliklər müşahidə olunur.
İclasın sonunda qarşılıqlı faydalı müzakirələr aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR