İnsanlara hürriyət, millətlərə istiqlal!

Səbinəyə qarşı dələduzluq: "Mənə hədə-qorxu gəlir"

Əməkdar artist Səbinə Babayeva dələduzluqla üzləşib.

Müğənni bu haqda özü məlumat yayıb.

O, məsələ ilə bağlı polisdən yardım istəyib:

"Problemim 4 aydır həll olunmur. Dələduzların qurbanı olmuşam. Qanun yaranmış problemin həllinə yalnız 6 ay göstərir. Bu ilin avgustun ortalarında Gəncə şəhərində avtomaşınlar satılan salondan nəğd pulla maşın almışam. Gəncədən qayıdandan səhəri günü müəyyən olundu ki, maşında naməlum nasazlıq var. Axırıncı 4 ay müddətində şəhərimizin ən yaxşı ustaları bu nasazlığı tapa bilmədilər. Maşını mənə satan şəxsə irad bildirərkən, pulumu qeri qaytarılmasını tələb etdikdə maşının nasaz olduğunu boynuna aldı. Kobudluq və hədə-qorxu gəldi ki, mənə verdiyi etibarnaməni ləğv edəcək.

Sizdən xahiş edirəm, bu çıxılmaz vəziyyətdə mənə kömək edəsiniz. Haqq-ədalətin bərqərar olmasında, nasaz avtomobil satan və mənə hədə-qorxu gələn insanların Azərbaycan qanunlarının nəzərdə tutduğu cəzaya cəlb olunmasında, pulumun geri qaytarılmasında mənə dəstək olmağınızı xahiş edirəm". (Axşam.az)

SEBİNE.jpg (237 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR