İnsanlara hürriyət, millətlərə istiqlal!

Səadət Yusifova nazir müavini təyin edildi

Prezident İlham Əliyev mədəniyyət nazirinə müavin təyin edib.

Musavat.com xəbər verir ki, dövlət başçısının müvafiq Sərəncamı ilə bu vəzifəyə Səadət Vidadi qızı Yusifova təyinat alıb.

Qeyd edək ki, S. Yusifova bu təyinatadək Azərbaycan Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2014-2019-cu illlərdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. Bakı Dövlət Universitetinin və Fransanın Robert Şuman Universitetinin məzunudur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR