İnsanlara hürriyət, millətlərə istiqlal!

"Saudi Aramco" rəhbərindən neftlə bağlı NİKBİN PROQNOZ

"Dünyada neft və neft məhsullarına tələb yüksək olaraq qalır".

Musavat.com xəbər verir ki, bunu "Saudi Aramco"nun baş direktoru Amin Nasser investorlar üçün telekonfrans zamanı deyib.

Onun fikrincə, Çinin iqtisadi artımının ikinci rübdə yavaşlamasına baxmayaraq, neft və neft məhsullarına qlobal tələbat güclü olaraq qalır.

Nasserin sözlərinə görə, ABŞ-ın neft emalı sektoru demək olar ki, maksimum gücü ilə işləyir - son bir neçə ayda təxminən 93 faiz:

"Bu ilin ikinci yarısında biz neftə tələbatın daha da artacağını gözləyirik. Bəzi mərkəzlər aviasiya sektorundan və neft-kimyadan gündəlik 1,6-2 milyon barel artım proqnozlaşdırır. 2024-cü ilin sonuna qlobal neft tələbinin sutkada 104,7 milyon barelə çatacağı gözlənilir və bir çox agentliklər neftə tələbat proqnozlarını artırmağa davam edir. Qarşıdakı bir neçə ay ərzində strateji neft ehtiyatının (SPR) doldurulması kimi sağlam neft tələbini dəstəkləyəcək planları görürük".

Şirkət rəhbəri əlavə edib ki, kommersiya neft ehtiyatlarının hazırkı səviyyəsi orta 5 illik səviyyədən aşağıdır.

Qeyd edək ki, 2022-ci ildə ABŞ Rusiya neftindən imtina etməsi və neftin qiymətinin artması fonunda özünün strateji neft ehtiyatlarından bazara 210 milyon barel neft çıxarmağa qərar verib. Bu, ölkənin strateji ehtiyatlarının azalmasına səbəb olub.

"Saudi Aramco" rəhbəri həmçinin ikinci rübdə müşahidə edilən zəif emal marjalarının qısamüddətli bir hal olduğunu və növbəti onillikdə emal marjalarının çox güclü olmasının gərəkdiyini deyib.

O qeyd edib ki, dünyada emal gücündə artımın əsas hissəsi Asiya və Yaxın Şərqdə cəmlənib:

""Saudi Aramco" həmçinin neft emalı sahəsinə sərmayə qoyur və sərmayə qoymağa davam edəcək, lakin daha çox diqqəti neft-kimya sənayesinə (70 faizə qədər), xüsusən də neft-kimyada artımın 40 faizini təmin edən Çində yönəldir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR