İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarmazanov: Nikol Paşinyan Ermənistan vətəndaşlarının sağlamlığı üçün təhlükəlidir


“Nikol Paşinyana olan ictimai etimad tarixi minimuma düşüb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının (sədr-Serj Sərkisyan) liderlərindən Eduard Şarmazanov danışıb.

"Siyasi xadimlərin əksəriyyətinin ortaq qənaəti budur ki, Nikol Paşinyan uğursuz idarəçidir və hər bir Ermənistan vətəndaşının sağlamlığı üçün təhlükə yaradır", – deyə o, jurnalistlərlə görüşdə bildirib.
Revanşist siyasətçi yenə də sədri Serj Sərkisyanın adından “Qarabağın geri qaytarılması” kimi sərsəm ifadələr işlədib. Onu sözlərinə görə “Qarabağa görə hakimiyyətin dəyişdirilməsi haqda düşünməlidir
" Fürsətdən istifadə edərək hər bir müxalifətçi siyasətçiyə səslənirəm: fərqlərimizi bir kənara qoyaq, bu gün Ermənistanın qalan hissəsini xilas etməliyik", – deyə Şarmazanov qeyd edib.

Erməni siyasətçi Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün bütün mümkün addımları atacaqlarını da deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR