İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarlı Mişel: “Önəmli olan görüş yeri deyil, nəticədir”  

“Yer əhəmiyyət daşımır, önəmli olan məzmundur”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Çarlz Mişel “Azadlıq” radiosuna eksklüziv müsahibəsində deyib.

Şarl Mişel Bakı ilə İrəvan arasında sülh müqaviləsinin harada bağlana biləcəyi ilə bağlı suala bu cür cavab verib.

“Bir neçə gün əvvəl Azərbaycan və Ermənistanın birgə bəyanatı qismən bizim köməyimiz sayəsində mümkün oldu. Biz onları təşviq edirik və həmçinin Brüsseldə baş tuta biləcək görüşün təşkili üzərində işləyirik. Amma fikrimizcə, önəmli olan görüş yeri deyil, nəticədir, çünki Azərbaycanda, Ermənistanda yaşayan insanlar və bizim üçün sülh, təhlükəsizlik və firavanlıq hər şeydən önəmlidir”, - deyə Mişel bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR