İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarl Mişel və fon der Leyen bir-brini niyə qırır?

Almaniyanın “Spiegel” nəşri Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının rəhbəri Şarl Mişel arasında Avropa İttifaqında hakimiyyət uğrunda mübarizə və Ukrayna münaqişəsi ilə bağlı qiyabi söz atışması törətdiyini yazıb.

Musavat.com xəbər verir ki, daha əvvəl Çarlz Mişel jurnalın əməkdaşı ilə söhbətində Ursula fon der Leyenin xarici siyasət təşəbbüslərini tənqid edib.

“Avropa Komissiyasının nümayəndələri də öz növbəsində bu bəyanatlara qəzəbli reaksiya veriblər. Digər məsələlərlə yanaşı, AK Ukraynanın tezliklə ittifaqa qoşulmasına dair xəbərlərdən qıcıqlanır”, - nəşr qeyd edib.

Keçmişdə Mişel və fon der Leyen arasında hakimiyyət mübarizəsi olub. Xüsusilə xarici siyasətlə bağlı məsələlərdə münaqişə get-gedə geniş vüsət alır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR