Onlayn ictimai-siyasi qəzet
"Seçkilərə beynəlxalq müşahidəçilərin dəvəti maksimum açıqlığın təmin edilməsinin nümunəsidir".
Musavat.com xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Çjan Min Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
O qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi olaraq tarixi seçkilərdə iştirak etmək böyük şərəfdir:
"Seçkilərə beynəlxalq müşahidəçilərin dəvəti maksimum açıqlığın, şəffaflığın təmin edilməsinin nümunəsidir. Bu tarixi seçki mühüm əhəmiyyətə malikdir. Seçkilərdə sərbəstlik, müstəqillik və bitərəflik müşahidə olundu. Tam şəffaflıq təmin olundu".
Nigar HƏSƏNLİ,
Musavat.com
19 May 2025
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ