Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Rusiyanın əsas ticarət tərəfdaşları Çin, Hindistan, Türkiyə, Belarus və Qazaxıstan olub.
Musavat.com xəbər verir ki, məlumatı Rusiya iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev İnterfaks-a müsahibəsində açıqlayıb.
Onun sözlərinə görə, sıralama 2023-cü ildəki kimidir: "Burada heç bir əsaslı dəyişiklik yoxdur. İlk üç ölkə hələ də Çin, Hindistan, Türkiyədir. Sonra Avrasiya İqtisadi İttifaqından olan tərəfdaşlarımız - Belarus, Qazaxıstan gəlir".
İliçev bildirib ki, 2024-cü ilin 10 ayı ərzində xarici ticarət dövriyyəsi təqribən 584 milyard dollar təşkil edib ki, (İqtisadi İnkişaf Nazirliyi Federal Gömrük Xidmətinin rəqəmlərindən istifadə edir - İF) bu da 2023-cü ilin eyni dövründəki göstəricidən 1,5 faiz azdır: 10 ay ərzində malların ixracı təxminən 1 faiz artaraq 354,4 milyard dollar, idxal isə 2,7 faiz azalaraq 229,8 milyard dollar olub.
O xatırladıb ki, Çin öz ilkin məlumatlarını dərc edib - onlara görə, 2024-cü ildə Rusiya ilə ticarət dövriyyəsinin artımı 1,9 faiz təşkil edib, həcmi 244 milyard dolları ötüb. İliçev həmçinin deyib ki, 10 ayın məlumatına görə, Rusiya xarici ticarətində “dost” ölkələrin payı 2023-cü ildəki 77 faizlə müqayisədə 83 faizə yüksəlib. İdxalın azalmasını o, ticarət əməliyyatlarının maliyyələşməsi sahəsində sanksiyalar üzündən yaranan çətinliklərlə əsaslandırıb.
Musavat.com
27 Yanvar 2025
26 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ