İnsanlara hürriyət, millətlərə istiqlal!

Samuxda sel fermerlərə 700 min manat "qazandırıb" - Meyvənin qara xalını da sığortalamaq olur

2024-cü ilin yayında güclü yağıntılar Samux rayonunda daşqınlara səbəb olub. Sel 600 hektara qədər əkin sahəsinin su altında qalması ilə nəticələnib. Musavat.com xəbər verir ki, məlumatı Aqrar Sığorta Fondu ekspertlərlə iş şöbəsinin müdiri Samir İlyasov 2024-cü ilin yekunlarına həsr olunmuş tədbirdə açıqlayıb.

Şöbə müdiri bildirib ki, sel altında qalan ərazilərdə əsasən bostan bitkiləri, taxıl və sair əkilibmiş: "Bu 100 faizlik zərər demək idi. Çünki ərazilər tamamilə su altında qalmışdı. Ekspertlərimiz əraziyə gedərək zərəri rəsmiləşdirdilər. Sonra fermerlərə 700 min manatdan çox sığorta ödənişi həyata keçirilib".

S.İlyasovun sözlərinə görə, sığorta mexanizmi ən kiçik zərəri belə nəzərə alır: Bəzən dolu vurur hansısa meyvənin üstündə qara xal yaradır. Bu, meyvənin keyfiyyətinə mənfi təsir göstərir və onun qiymətini aşağı salır. Hazırda sığorta vasitəsilə qiymətin belə düşməsindən yaranan zərər də qarşılanır. Yaxud külək qarğıdalı, taxılı yerə yıxır, kombayn onu biçə bilmir. Sığorta bundan yaranan zərəri də qarşılayır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR