Onlayn ictimai-siyasi qəzet
Azərbaycanı 2021-ci ildə "Avroviziya"da təmsil edən müğənni Samirə Əfəndi 2025-ci ildə keçiriləcək "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində qonaq ulduz kimi iştirak edəcək.
Musavat.com xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.
Samirə müsabiqə zamanı səhnəyə çıxacaq və "Mata Hari" mahnısını ifa edəcək.
Xatırladaq ki, "Avroviziya-2025" mahnı müsabiqəsi bu il İsveçrənin Bazel şəhərində keçiriləcək və Azərbaycanı təmsil edən "Mamagama" qrupu mayda baş tutacaq şounun birinci yarımfinalında 10 nömrə altında səhnə alacaq.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ