Onlayn ictimai-siyasi qəzet
Liderlik - gördüyü işlər sayəsində qazanılmış böyük nüfuza, yüksək təşkilatçılıq və idarəçilik bacarığına malik olan, hadisələrin gedişini dəyişdirməyi və istiqamətləndirməyi bacaran, müdriklik, uzaqgörənlik, qətiyyət və prinsipiallıq kimi keyfiyyətləri özündə birləşdirən xarizmatik şəxsiyyətlərə məxsus xüsusiyyətdir.
"Report" xəbər verir ki, bu sözlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları” adlı məqaləsində yer alıb.
Samir Nuriyev bildirib ki, tarixi şəxsiyyət, böyük Lider olan Heydər Əliyev respublikaya rəhbərliyinin birinci dövründə öz fəaliyyəti və qəbul etdiyi qərarlarla xalqın istiqlal duyğularını, milli dövlətçilik düşüncəsini inkişaf etdirib, əsrin sonlarına isə müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurub, banisi olduğu bu dövlətin yüksəlişini, onun müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin edib.
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ