Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Bakı şəhər sakini Samir Aşurovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Musavat.com-un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihümçısı çıxış edərək Samir Aşurovun 8 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi dekabrın 18-də davam edəcək
Qeyd edək ki, Samir Aşurov ötən il aprelin 19-da Nizami rayonu ərazisində aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevə qarın nahiyəsindən bıçaqla xəsarət yetirib. Yaralı Sabunçu rayonundakı 3 saylı Kliniki Xəstəxanaya aparılıb.
S.Aşurovun barəsində Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə ittiham irəli sürülüb. Nizami rayon məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Siyasi fəal Samir Aşurov ötən il martın 29-da Almaniyadan deportasiya olunub.
E.Məmmədəliyev,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ