İnsanlara hürriyət, millətlərə istiqlal!

Şamil Ayrım: "İlham Əliyev sülh prosesinin icrasına nail olacaq"  

Türkiyə Parlamentinin nümayəndə heyəti Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.

Musavat.com xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun, müşahidə heyətinin rəhbəri Şamil Ayrım bildirib ki, xalqın əksəriyyəti İlham Əliyevə səs verib:

"Azərbaycan ilk dəfə bütöv Azərbaycan ərazisində səs verdi. Onların böyük əksəriyyəti Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verdilər. Azərbaycan 44 günlük Vətən müharibəsi, ardınca antiterror əməliyyatı ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev sülh prosesinin icrasına nail olacaq. Biz hər zaman Azərbaycanın yanında olacağıq. Azərbaycanın sabitlik içərisində olması heç kimi narahat etməməlidir. Azərbaycan xalqını isə bu seçiminə görə təbrik edirik".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR