İnsanlara hürriyət, millətlərə istiqlal!

Sakit okeanda gərginlik: Çin və Rusiya gəmiləri böhran yaratdı

Çin və Rusiya donanmasına aid 11 gəmi Yaponiyanın cənubundakı Okinava əyalətinin adalarına aid ərazi sularından keçdikdən sonra rəsmi Tokio vəziyyətin "ciddi" olduğunu açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi avqustun 15-i səhər saatlarında Yaponiyanın Sakit okeandakı cənub adası Okinotoridən 280 kilometr şimal-şərqdə 6 Çin və 5 Rusiya hərbi gəmisinin göründüyünü, gəmilərin raket əleyhinə sistemə malik olduğunu bildirib.

Çin və Rusiya donanmasının gəmiləri Okinava adası ilə Miyako adası arasındakı suları keçdikdən sonra Şərqi Çin dənizinə doğru hərəkət edib. Bu ölkələrə məxsus gəmilərin ilk dəfə bölgəni birlikdə keçdiyi bildirilib.

Yaponiya Müdafiə Nazirliyi iki ölkənin Yaponiya ətrafında dəfələrlə birgə hərbi təlim keçirməsini “Yaponiyaya güc göstərmək” kimi qiymətləndirir. Yaponiya bu manevrlərdən sonra "milli təhlükəsizlik baxımından" narahatlığını diplomatik kanallar vasitəsilə Çin və Rusiyaya çatdırıb.

Gəmilərin bu yaxınlarda Çin və Rusiyanın Sakit okeanda keçirdiyi birgə patrulda iştirak etdiyi güman edilir.

Avqustun əvvəlində Çin və Rusiya ABŞ-ın Alyaska ştatı yaxınlığında da birgə hərbi təlimlər keçirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR