İnsanlara hürriyət, millətlərə istiqlal!

Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabah Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Musavat.com xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Lökbatan" QPS-də və Binəqədi rayonundakı Ayna Sultanova ölçü qovşağında 31 iyul 2024-cü il tarixində saat 10:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.

İşlər yekunlaşanadək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində və bir sıra qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bununla bərabər Binəqədi rayonunun Atatürk, Ziya Bünyatov prospekti və Səttar Bəhlulzadə, Naxçıvani küçələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR