İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahin Bağırov islahatlara başladı: 76 yaşlı general təqaüdə göndərildi - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Baş Gömrük Mühafizə Xidmətinin rəisi təqaüdə göndərilib. 

Musavat.com-un “Qaynarinfo”ya istinadla məlumatına görə, bu barədə DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, xidmətin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Ələkbərov İsmayıl Ağaqulu oğlu 6 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 12 dekabr 1996-cı ildən Dövlət Gömrük Komitəsi Kadrlar İdarəsində bölmə rəisi, 31 iyul 1997-ci ildən Tədris Mərkəzinin rəisi, 13 sentyabr 2013-cü ildən Gömrük Akademiyasının rəisi vəzifələrində çalışıb. 31 oktyabr 2018-ci ildə isə Komitənin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

0b37d538fc897f63dff756699179939dbc168070-34cd-4ae9-8443-b25aaaf0e349-jpg.jpg (37 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR