Onlayn ictimai-siyasi qəzet
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara çağırış edib.
Musavat.com Avtosfer.az-a istinadən xəbər verir ki, BDYPİ sosial şəbəkə hesabından paylaşdığı piyada qəzası ilə bağlı videogörüntünün altında, “Əziz piyadalar! Yolun bir tərəfindən o biri tərəfinə keçən zaman mütləq şəkildə sağa-sola baxın, yolu qaçaraq keçməyə çalışmayın. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz” – deyə, yazıb.
Eyni zamanda qurum vurğulayıb:
“Unutmayın! Yolu keçərkən avtomobilin tam dayandığından və sizin üçün təhlükəsiz şərait yarandığından əmin olduqdan sonra yolu keçmək lazımdır”.
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ