İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabir Rüstəmxanlının etirazı reaksiyalara səbəb oldu

Deputat Sabir Rüstəmxanlı Milli Məclisdəki çıxışında müxalifətlə bağlı səslənən tənqidi fikirlərə münasibət bildirdi. “Mən də müxalifətəm və burada oturmuşam. Burada bir sıra müxalifət partiyalarının rəhbərləri var. Bunlar müharibə dövründə bir yerə topaşıb, Azərbaycan prezidentini müdafiə etdilər. Ona görə də bir qrupa görə hamını ittiham etmək olmaz” - S.Rüstəmxanlı əlavə etdi.

Daha sonra deputat yaxın tariximizlə bağlı səslənən tənqidlətə də reaksiya verdi. Bildirdi ki, vaxtilə Heydər Əliyev deyirdi mən Moskvada oturub, bu hərəkatı izləyirdim, xalqın müqaviməti ilə qürur duyurdum: “Xalq hərəkatının üstündən xətt çəkmək, onu düşmən elan etmək, qara yaxmaq olmaz. Baydenin, Fransanın, İranın mövqeyi bəllidir. Azərbaycanda milli birliyə çox ciddi ehtiyac var, cəbhələşməyə ehtiyac yoxdur”. S.Rüstəmxanlı qeyd etdi ki, son zamanlar tarixin təftişi prosesi gedir, Nəriman Nərimanovu müzakirəyə çıxarılır, onu Rəsulzadəyə qarşı qoyurlar. Deputatın fikrincə, bütün bunların səbəbi tariximizin doğru-düzgün yazılmaması ilə əlaqədardır: “Obyektiv Azərbaycn tarixi yazılmalıdır və Azərbaycan xalqına çatdırılmalıdır, təbliğ olunmalıdır. Kim istəyir çıxır öz ağıl səviyyəsinə uyğun danışır. Tarixin hər səhifəsinə münasibətdə dövlət siyasəti ortada olmalıdır”.

Deputat Aydın Mirzəzadə isə söz alaraq bildirdi ki, obyektiv tarix yazılıb, sadəcə baxır kim onu necə oxuyub. O, deputat həmkarının müxalifətlə bağlı fikirlərini müdafiə etdi: “Mən Sabir Rüstəmxanlı və Qüdrət Həsənquliyevi Əli Kərimli və Rəsul Quliyevlə bir sırada qoya bilmərəm. Ona görə də razıyam ki, müxalifəti ümumiləşdirmək olmaz”.

Spiker Sahibə Qafarova isə “Azərbaycan xalqı yaxşı bilir ki, kim əsl müxalifətdir”-deyərək, müzakirələrə nöqtə qoydu.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Noyabr 2024

16 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR