Onlayn ictimai-siyasi qəzet
Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba öz siyasi karyerasından sonra elmi sahəyə keçid edib.
Belə ki, o, ABŞ-ın Harvard Universitetində işə başlayıb.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə "Belfer Center" məlumat yayıb.
Məlumatda bildirilir ki, Kuleba Harvard Universitetinin Con Kennedi İdarəçilik Məktəbinə bağlı olan Belfer Elm və Beynəlxalq Münasibətlər Mərkəzində baş elmi işçi vəzifəsini tutub. Sabiq nazir burada beynəlxalq siyasət və elmi araşdırmalarla məşğul olacaq.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ