İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq baş nazirin öldürüldüyü iddia edilən arvadı SAĞ İMİŞ

Xəbər verdiyimiz kimi, bir müddət öncə Nepalın sabiq baş naziri Cal Natx Xanalanın həyat yoldaşı Racia Lakşmi Çitrakarın iğtişaşlar zamanı yanıq xəsarətlərindən dünyasını dəyişdiyi barədə məlumat yayılıb.

Musavat.com xəbər verir ki, sabiq baş nazirin həyat yoldaşı barədə daha əvvəl yayılan ölüm xəbəri təsdiqlənməyib.

“Khabarhub” portalının məlumatına görə, o sağdır, lakin hazırda xəstəxanada ağır vəziyyətdədir.

Məlumata əsasən, sabiq baş nazirin iqamətgahına iğtişaşçılar tərəfindən hücum edildikdən sonra qadın ağır bədən xəsarətləri alıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR