Onlayn ictimai-siyasi qəzet
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin vəzifəli şəxslərinə cinayət işi açılıb.
Qafqazinfo.az saytı xəbər verir ki, mərkəzin rəhbər şəxsləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar araşdırılıb. Araşdırma nəticəsində vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə işin başlanmasına qərar verilib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
“Mətbuata açıqlamasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov: “Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın”.
Bu barədə hüquqşünas Aslan İsmayılov bildirib.“Qəbələdə villanın bağışlanmasının nə qədər dəqiq olduğunu bilmirəm. Dəqiq bildiyim odur ki, Xızı rayonunun Qızılqazma adlanan ərazisində K.Heydərov FHN generalı Cəbrayıl Xanlarov vasitəsilə bir neçə hektar torpaq sahəsi alıb, orada villa tikdirib və Ramiz Mehdiyevə hədiyyə edib. Villanın fotosunu paylaşıram”,-deyə o qeyd edib.
Bu və gündəmdəki bir çox xəbərləri bub gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Real Partiyasının sədri Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ