İnsanlara hürriyət, millətlərə istiqlal!

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Bu gün Bakının Xəzər və Qaradağ rayonlarında qaz olmayacaq.

Musavat.com-un xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi və Qaradağ rayonunda qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə dekabrın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsinin, Qaradağ rayonunun isə Ş. Əsgərov, M. Seyidov, Ə. Gülbabayev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR