İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvili siyasətdən getməsi ilə bağlı açıqlama verəcək

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili siyasətdən getməsi ilə bağlı yaxın vaxtlarda açıqlama verəcək.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Valeri Qelbaxiani danışıb.

Onun sözlərinə görə, Mixail Saakaşvili artıq Milli Hərəkatın liderləri ilə əlaqə saxlamır:

"O, son zamanlarda partiya liderləri ilə ünsiyyətdə deyil. Sadəcə ailəsi və vəkilləri ilə əlaqəsi mövcuddur. Onların (VMH liderləri) Saakaşvilinin siyasətdən getməsi məsələsi barəsində necə məlumatları ola bilər? Onun həyatı təhlükə qarşısındadır. Hazırda öz həyatını xilas etmək istəyir. Onsuz da o öz üzərinə çox məsuliyyət götürdü. Həbs ediləcəyini bildiyi təqdirdə ölkəyə gəldi. Həyat elə bir şeydir ki, burada risk olmamalıdır. Saakaşvilinin necə olduğunu görməlisiniz. Sahib olduğu enerjini itirib. Ad və soyadı qalıb, ancaq fiziki olaraq başqa adamdır. Bacara bilsə, məhkəmə iclasına qatılacaq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR