İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvili özünə qarşı hökmü Zelenskiyə xəbərdarlıq adlandırdı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ona qarşı çıxarılan məhkəmə hökmünü "Zelenskiyə təhdid" kimi qiymətləndirib.

"Mən sizin üçün həm həbsxanada, həm də ölümümdən sonra təhlükəli olacağam. Gürcüstanın azadlıq ideyasını və Saakaşvilinin ruhunu məhv edə bilməzsiniz. Biz mübarizə aparırıq və qalib gələcəyik", – deyə Saakaşvili bildirib.

Musavat.com xəbər verir ki, o, bu hökmün sadəcə ona qarşı qisas olmadığını, Ukrayna Prezidenti Volodimir Zelenskiyə "Ukraynanı təslim etməsə, başına nə gələcəyini göstərmək" məqsədi daşıdığını vurğulayıb.

"Məni 2008-ci ildə Gürcüstanı satmadığım, 2004-cü ildə Acaranı geri qaytardığım, korrupsiyanı məğlub etdiyim və xalq üçün mübarizə apardığım üçün cəzalandırırlar", – deyə sabiq prezident əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR