İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada son 76 ilin ən böyük yanğınları qeydə alınıb

Fransanın cənubundakı Od departamentində cəmi bir gündə 16 min hektar ərazini əhatə edən meşə yanğını ölkədə son 76 ilin ən böyük yanğınıdır.

"Report"un xəbərinə görə, bunu jurnalistlərə hökumət başçısı Fransua Bayru ilə birlikdə regiona gələn respublikanın daxili işlər naziri Bruno Retayo deyib.

“Bu yanğın nəticəsində 1949-cu ildən bəri ən çox hektar meşə sahəsi yanıb”, - o, bildirib.

1949-cu ildə Fransanın cənub-qərbindəki Land de Qaskon massivində baş verən yanğın 50 min hektar meşə sahəsini məhv edib, 82 nəfərin ölümünə səbəb olub. Nazirin sözlərinə görə, yanğınla mübarizəyə 2150 yanğınsöndürən və 600 ədəd texnika, həmçinin “Canadair” və “Dash” təyyarələri cəlb olunub.

Öz növbəsində Bayru qeyd edib ki, hakimiyyət yanğının söndürülməsinin öhdəsindən gələ bilməyəcəklərini başa düşsə, Fransa Aİ-nin digər üzv dövlətlərindən yardım istəyə bilər. O, baş verənləri “görünməmiş miqyaslı fəlakət” adlandırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR