İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüstəmyandan qorxu ifadəsi: “Azərbaycanla ikitərəfli danışıqlar aparmaq təhlükəlidir”  

“Bu gün Azərbaycanın tələbləri bizim maraqlarımızla bir araya sığmır. Belə şəraitdə ikitərəfli danışıqlar təhlükəli olur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalif deputatı Armen Rüstəmyan danışıb.

Onun sözlərinə görə, Azərbaycan öz tələblərini diktə edib bunu deyəcək: “Əgər bunu etməsən, biz onu zorla alacağıq”. Ermənistan hakimiyyəti isə bunu belə izah edəcək: siz hər şeyi özünüz gördünüz, bizim başqa seçimimiz yoxdur – ya Azərbaycanın dediyi hər şeyi etiraf edirik, ya da müharibə yolu ilə gedirik. Artıq qərar verin”.

Rüstəmyanın fikrincə, Azərbaycan Qərbdən özünə lazım olanı aldı, lakin indi də istəklərindən vaz keçmir.

“Yeni tələb ya üçtərəfli görüş, ya da təkbətək görüş formatında olacaq. Ermənistan KTMT istiqamətində hərəkət etmir, onlar (Azərbaycan) isə Qərb istiqamətində hərəkət etmirlər. Nəticədə anormal vəziyyət yaranıb. Belə olan halda Bakı tələblərini sərtləşdirəcək. Məğlub olan hökumət yenə qaliblə danışıq aparacaq və bu, uduzanla qalibin söhbəti olacaq, bizim üçün çox acınacaqlı nəticələrə gətirib çıxaracaq”, - deyə erməni deputat bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR