İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüstəmyan: Paşinyan hakimiyyəti yeni həyati güzəştlərə getməyə hazırlaşır


Hazırda böyük təhlükə var ki, sabah və ya birigün bu “dəhlizin” verilməsi məsələsi gündəmə gətiriləcək. Onlar cəmiyyəti “bunu biz vermədik, Meğri artıq daha öncə verilib” deməyə hazırlayırlar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə fevralın 3-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin deputatı, Daşnaksütyun partiyasının üzvü Armen Rüstəmyan danışıb.

“Onlar yeni həyati güzəştlərə getməyə hazırlaşırlar. Qarabağı verməzdən əvvəl də eyni yanaşmanı sərgiləyirdilər. Deyirdilər ki, Qarabağ məsələsi artıq həll olunub, o, bizdən əvvəl verilib. Bunun nəticəsi olaraq Qarabağın təhvil verilməsi (Azərbaycanın ordusunun gücünə qanuni torpaqlarını geri alması-red.) baş verdi”, – deyə revanşist daşnak bildirib.

Erməni deputata sərhədin delimitasiya və demarkasiyası ilə bağlı aparılan işlərin Ermənistana nə verdiyi barədə sual ünvanlanıb.

“Azərbaycan heç yerə geri çəkilmək niyyətində deyil. Onlar özlərinki hesab etdikləri əraziləri demarkasiya yolu ilə alacaqlar. İndi isə anklavlar məsələsi gündəmə gələcək. Tavuşda hələ hər şey bitməyib, onlar bizim ən müasir təchiz edilmiş ön cəbhəmizi məhv etdilər və bizi müdafiəsiz qoydular”,-deyə o, qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR