Onlayn ictimai-siyasi qəzet
İrəvan hakimiyyəti bir neçə dəfə Ermənistan ərazisi ilə Azərbaycanın əsas hissəsiylə Naxçıvana tranziti sadələşdirməyə hazır olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan danışıb.
Onun sözlərinə görə, sadələşdirilmiş gömrük və tranzit prosedurları ölkələr arasında daşınan mallar haqqında məlumat mübadiləsini də əhatə edə bilər.
Qeyd olunur ki, bundan əvvəl Paşinyan və Mirzoyan kommunikasiyaların açılması çərçivəsində İrəvanın Azərbaycanın əsas hissəsindən Naxçıvana insanların və yüklərin daşınması zamanı sadələşdirilmiş gömrük və sərhəd rejimi məsələsini müzakirə etməyə hazır olduğunu bildiriblər.
Badasyana görə, konkret vəziyyətdən asılı olaraq həll yolları çox fərqli ola bilər. Onun fikrincə, ölkələr əlavə riskləri azaltmaq üçün skan edilmiş şəkilləri əvvəlcədən paylaşa bilərlər.
Rüstəm Badasyan Azərbaycanın vergi və gömrük orqanları ilə bu mövzuda müzakirələr aparılmadığını sözlərinə əlavə edib.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ