İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya ŞİDDƏTLİ ZƏRBƏ: aerodromlar OD İÇİNDƏ, Putin görüşdən əvvəl ŞOKDA: şərtləri GİZLİ SAXLADI

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında ikinci görüşün bu gün Bakı vaxtı ilə saat 14:00-da İstanbuldakı (Türkiyə) Çırağan sarayında keçiriləcəyi gözlənilir.

Teleqraf xəbər verir ki, danışıqlarda iştirak edəcək Rusiya Prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti dünən axşam saatlarında İstanbula gəlib.

Moskva danışıqlardan əvvəl sülh şərtlərini özlərinin müəyyən etdiklərini, amma əvvəlcədən açıqlamaqdan imtina etdiklərini açıqlayıb.

Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək.

Ukrayna Prezidenti Volodimir Zelenski görüşdən öncə ölkənin müdafiə və xarici işlər nazirləri və təhlükəsizlik qurumlarının rəhbərləri ilə toplantı keçirdiyini bəyan edib.

Ukrayna lideri vurğulayıb ki, danışıqlarda tam və qeyd-şərtsiz atəşkəs, əsirlər və oğurlanmış uşaqların geri qaytarılması kimi məsələlər müzakirə olunacaq: “Nümayəndə heyətinin gündəliyinə tam və qeyd-şərtsiz atəşkəs, əsirlərin azad edilməsi və oğurlanmış uşaqların geri qaytarılması kimi məsələlər daxildir. Etibarlı və davamlı sülhü və təhlükəsizliyi təmin etmək üçün ən yüksək səviyyədə görüş hazırlamalıyıq”.

Bu gün İstanbulda tərəflər masa arxasına oturmağa hazırlaşarkən, dünən Ukraynadan Rusiyaya şiddətli və irimiqyaslı hava hücumu baş verib. Rusiya Müdafiə Nazirliyi Ukraynanın Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki hərbi hava bazalarına FPV PUA-ları ilə hücum etdiyini və bəzi təyyarələrin yandığını açıqlayıb.
Hücumlar Rusiyanın şimal-qərb, cənub-qərb və şərq ərazilərini əhatə edib.

Hücumlarda A-50 erkən xəbərdarlıq təyyarəsi, Tu-95 və Tu-22M3 bombardmançı təyyarələri də daxil olmaqla 40-dan çox Rusiya təyyarəsinin məhv edildiyi iddia olunur.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR