Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı tətbiq olunan sanksiyaların uzadılmasını razılaşdırıblar.
Musavat.com xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, bu qərar yalnız Macarıstanın veto təhdidini geri götürməsindən sonra mümkün olub.
Macarıstanın xarici işlər naziri Peter Siyyarto təsdiqləyib ki, Budapeşt enerji təhlükəsizliyinə dair təminatlar aldıqdan sonra sanksiyaların uzadılmasına dəstək verməyə razılaşıb. Əks halda, Macarıstan bu qərarı dəstəkləməkdən imtina edirdi.
Musavat.com
29 Yanvar 2025
28 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ