İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyapərəst daşnaklar Fransanın keçmiş prezidenti ilə görüşüblər  

Ermənistanın Daşnaksütun partiyasının nümayəndələri Fransada keçmiş prezident Fransua Ollandla görüşüblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, daşnakları bu görüşdə İşxan Saqatelyan təmsil edib.

Verilən rəsmi məlumata görə, Saqatelyan və Olland Ermənistan-Fransa münasibətləri, Ermənistanın ətrafındakı təhlükəsizlik problemləri, regional siyasi proseslər və Qarabağ probleminin hazırkı mərhələsi barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Ermənistanda daşnaklar qatı Rusiyayönümlü siyasi qüvvə hesab olunur. Ukraynada guya Rusiya ilə mübarizə apardığını iddia edən Fransa rəsmilərinin və siyasətçilərinin bu cür addımları ikiüzlü yanaşma kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR