Onlayn ictimai-siyasi qəzet
Noyabrın 23-də Rusiyanın endirdiyi zərbələr nəticəsində Ukraynada dörd atom elektrik stansiyasının əsas enerji təchizatı itdi və bu, onların fövqəladə rejimə keçməsinə səbəb olur. Rusiyanın Ukraynanın enerji sisteminə davamlı hücumlarının atom elektrik stansiyalarının təhlükəsizliyini təhdid etməsi ilə bağlı dünyada qorxular artır.
Musavat.com xəbər verir ki, bu barədə “The Guardian“ yazır.
Qəzet bildirir ki, Avropanın ən böyük atom elektrik stansiyası, Rusiya qoşunlarının hələ 2022-ci ilin martında tammiqyaslı əməliyyata başlamasından sonra ələ keçirdikləri Zaporijye atom elektrik stansiyası, ətrafının tez-tez atəşə tutulması fonunda sentyabr ayından şəbəkədən çıxarılıb. Ukraynanın daha üç atom elektrik stansiyası - Rivne, Cənubi Ukrayna və Xmelnitski - Rusiyanın son raket zərbələrinin birbaşa hədəfi olmasa da, onların təhlükəsizliyi təhdid altındadır.
Toğrul İSMAYIL,
Musavat.com
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ