İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın nüvə gəmisi “buz tarlası”ndan BELƏ KEÇDİ - VİDEO

Rusiyanın “Ural” atom buzqıran gəmisinin Qara dənizdəki “buz tarlası”ndan keçdiyini əks etdirən görüntülər yayımlanıb.

Görüntülər atom gəmisi kapitanının baş köməkçisi Nikita Boyev tərəfindən çəkilib və “Atomflot” “Telegram” kanalında paylaşılıb.

Kadrlardan görünür ki, yuxa şəklində buz parçalarından ibarət olan “buz tarlası” üfüqə qədər olan bütün məkanı tutur. Videoda gəminin suda üzən buz parçalarının içindən heç bir çətinlik çəkmədən keçdiyi əks olunur.

Qeyd edək ki, “yuxa buzlar” su səthinin donmasının ilkin mərhələsində meydana gəlir və kiçik buz hissəciklərinin birləşməsindən yaranır.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR