İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın kabusu Ukraynada döyüş əməliyyatlarına geri qayıtdı

 

Ukraynada “Azov” xüsusi təyinatlı briqadası cəbhəyə geri qayıdıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə brifinqdə Ukrayna Milli Qvardiyasının nümayəndəsi Nikolay Urşaloviç məlumat verib.

Onun sözlərinə görə, indi "Azov" Lisiçanskın şimal-qərbində, Serebryanski meşə təsərrüfatının ərazisində mövqe tutur.

Xatırladaq ki, “Azov” alayı 2022-ci ilin yazında demək olar ki, iki ay Mariupoldakı “Azovstal” zavodunu müdafiə edib. May ayında “Azovstal”ın müdafiəçiləri komandanlığın əmri ilə zavodun ərazisindən çıxıblar. Mariupolu müdafiə edən mindən çox ukraynalı əsgər rus hərbçiləri tərəfindən əsir götürülüb

Həmin zamanlarda qondarma "DXR" hakimiyyəti əsir götürülmüş azovlular üzərində ictimai tribunal təşkil etməyi planlaşdırırdı. Bununla belə, ötən ilin sentyabrından əsir mübadiləsi çərçivəsində 300-dən çox Azov döyüşçüsü Ukraynaya qaytarılıb. Onların arasında alayın komandiri,  Denis Prokopenko və onun müavini Svyatoslav Palamar Türkiyəyə verilib. Sonradan Ukraynanın onları dəyişdirmək üçün Rusiyaya Vladimir Putinin sevimlisi və Ukraynanın keçmiş siyasətçisi Viktor Medvedçuku təhvil verdiyi məlum olub.

İyulun əvvəlində mübadilədən sonra Türkiyədə olan Azovun beş komandiri - Denis Prokopenko, Svyatoslav Palamar, Sergey Volınski, Oleq Xomenko, Denis Şleqa Ukraynaya qayıdıb. Moskva Ankara və Kiyevi Azov komandirlərinin hərbi əməliyyatlar bitənə qədər Türkiyədə qalmalı olduğu ilə bağlı sazişi pozmaqda ittiham edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR