İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Avropa İttifaqı ilə qarşılıqlı ticarətində 25 ilin rekordu

İyun ayında Rusiya ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi 1999-cu ilin payızından bəri ilk dəfə olaraq 5 milyard avrodan aşağı düşüb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqı ali statistika orqanı olan Eurostat tərəfindən açıqlanıb.

Məlumatdan aydın olur ki, iyunda Rusiya ilə Aİ arasında ikitərəfli ticarət may ayı ilə müqayisədə 10 faiz azalaraq 4,9 milyard avro təşkil edib. Bu, ticarət dövriyyəsinin 4,6 milyard avro təşkil etdiyi 1999-cu ilin sentyabrından bəri minimumdur.

Ticarət ən çox Portuqaliya ilə - 4,3 dəfə azalaraq 13,2 milyon avroya, eləcə də Çexiya və İrlandiya ilə - təxminən yarıya qədər azalaraq müvafiq olaraq 121,5 və 41,5 milyon avroya düşüb.

Eyni zamanda iyun ayında Rusiyanın bir sıra Aİ ölkələri ilə ticarəti, əksinə, artıb. Bu, ən çox Bolqarıstan və Rumıniyadır – 15 faoz artaraq, müvafiq olaraq 55,8 və 12,3 milyon avroya çatıb. Həmçinin Hollandiya (+10 faiz, 462,4 milyon avro), Xorvatiya (+7 faiz, 21,5 milyon), Avstriya (+6 faiz, 284,2 milyon avro), Fransa (+6 faiz, 449,4 milyon avro), Macarıstan (+3 faiz, 464 milyon avro) və Litva (+1 faiz, 87,9 milyon avro) ilə ticarət dövriyyəsində də artım qeydə alınıb.

Yayın əvvəlində Aİ-yə Rusiya mallarının idxalı aylıq ifadədə 14 faiz azalaraq 2,5 milyard avroya düşüb - 1999-cu ilin fevralından bəri minimumdur. Rusiya Avropa İttifaqına əsasən qaz (1,1 milyard avro), neft və neft məhsulları (333 milyon avro), həmçinin dəmir və polad (164 milyon avro) satıb.

Eyni zamanda Avropa məhsullarının Rusiyaya satışı aylıq olaraq 5 faiz azalaraq 2,4 milyard avro təşkil edib. Avropa ixracının əsasını əczaçılıq məhsulları (634 milyon avro), maşınlar (262 milyon avro) və optik alətlər (203 milyon avro) təşkil edib.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR