İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın 5 bölgəsi hücuma məruz qaldı: Moskva meri ən böyük PUA hücumundan şikayət etdi

Avqustun 21-nə keçən gecə Rusiyanın ən azı beş regionunda PUA və raket hücumları qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin telegramda yazıb.

O qeyd edib ki, hava hücumundan müdafiə qüvvələri Rusiya paytaxtı istiqamətində uçan 10 pilotsuz uçuş aparatını (PUA) vurub.

Sobyanin bu hücumu “bütün zamanların ən böyük hücumlarından biri” adlandırıb.

Bundan əlavə, PUA-lar Rusiyanın Bryansk və Tula vilayətləri üzərində də qeydə alınıb. Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz 23 PUA-nın məhv edildiyini açıqlayıb. Tula vilayəti üzərində isə iki pilotsuz təyyarənin vurulduğu bildirilir.

Bu arada Rostov vilayətinin qubernatoru Vasili Qolubev da raket hücumundan yazıb.

Bütün hallarda ruslar itki və dağıntı olmadığını iddia edirdilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR