İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanı tərk edən şirkətlər 103 milyard dollar itirib

Ukraynadakı işğalçı müharibə başlayandan bəri Rusiya bazarını tərk edən xarici şirkətlər 103 milyard dollardan çox itkiyə məruz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə New York Times məlumat yayıb.

Qəzetin yazdığına görə, getdiklərini elan edən Qərb şirkətləri 103 milyard dollardan çox vəsait itirdiklərini elan ediblər.
Nəşr iddia edir ki, Rusiya prezidenti Vladimir Putin “gözlənilən uğursuzluğu zənginləşdirmə sxeminə çevirə bildi”.

Nəşr qeyd edir ki, analitiklər Qərb şirkətlərinin getməsinin “Rusiya iqtisadiyyatını boğmağa kömək edəcəyini” proqnozlaşdırırdılar. Lakin Rusiya rəhbərliyinin “başqa planları var idi” və Qərb şirkətlərinin boykotunu “dövlətin şansına” çevirdi.

Eyni zamanda nəşr qeyd edib ki, əksər xarici şirkətlər yatırılan milyardları itirmək istəməyərək Rusiyada fəaliyyətini davam etdirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR