İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı ulduzlar Bişkekdə pulsuz çıxış edərlərmi? – Şübhə və qalmaqal

Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov ölkənin Müstəqillik Günündə Ala-Too (Aladağ) meydanında rusiyalı müğənnilərin çıxışı ilə bağlı qalmaqala münasibət bildirib.

Musavat.com kaktus.media-ya istinadən xəbər verir ki, avqustun 31-də Qırğızıstanın müstəqilliyinin 33-cü ildönümünün qeyd olunması çərçivəsində Ala-Too meydanında keçiriləcək qala-konsertə rusiyalı müğənnilər Stas Mixaylov, Filipp Kirkorov, Lyusya Çebotina, həmçinin isveçli ifaçı Bosson və italyan müğənni İnqrid daxildir. Konsertdə “Amirçik” kimi tanınan Əmirxan Batabayevin də çıxışı gözlənilir.

Qırğızıstanın müstəqilliyi şərəfinə təşkil olunan konsertdə rusiyalı ulduzların iştirakı sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. İstifadəçilər bu ulduzların niyə konsertə dəvət edildiyi, onların ifasının pulunu kimin və hansı vasitələrdən ödəyəcəyi ilə maraqlanırdılar. Prezidentin mətbuat xidmətinin rəhbəri Dayırbek Orunbekovun müğənnilərin pulsuz çıxış edəcəyi ilə bağlı açıqlamasına vətəndaşlar inanmayıblar.

Mədəniyyət nazirinin sözlərinə görə, rusiyalı müğənnilər özləri Bişkekdəki konsertdə çıxış etmək arzusunu bildiriblər.

“Rusiya ifaçıları özləri təşəbbüs göstərdilər. Müstəqilliyin 33-cü ildönümü, Qara-Qırğız Muxtar Vilayətinin yaranmasının 100 illiyi münasibətilə bizi təbrik etmək istəyirlərsə, onda biz onlardan necə imtina edə bilərik? Feysbukda oturub sənətçilərlə bağlı arzularını yazanlara bir şeyi deyə bilərəm: biz heç kimi məcbur etmirik ki, bu konsertə gəlib bu və ya digər sənətçini dinləsin. Bəyənməsələr, qulaq asmaq məcburiyyətində deyillər”, - Maksutov bildirib.

Nazirin sözlərinə görə, əhalinin əksəriyyəti rusiyalı müğənnilərin gəlməsini dəstəkləyir, bu isə o deməkdir ki, azlığın onlara tabe olması lazımdır.

“Xarici müğənnilərin bizi bayram münasibətilə təbrik etmək istəməsi dövlətimizin nüfuzunun artması kimi qəbul edilməlidir. Dövlətimizin belə çəkisi olmasaydı, hansı müğənni pulsuz çıxış etməyə razı olardı”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR