İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı turist hava limanında özünü asıb - VİDEO

Antalya Hava Limanında boynuna kəndir bağlayaraq intihara cəhd edən əcnəbi turisti hava limanının işçiləri son anda boğazındakı naqili kəsərək xilas ediblər. Baş verənlər mobil telefonun kamerasına əks olunub.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, Antalya Hava Limanının 2-ci Beynəlxalq Terminalında Rusiya vətəndaşı, 38 yaşlı Aleksandr Rusakov naməlum səbəbdən boynuna bağladığı kəndirlə özünü reklam lövhəsinin üstündəki boşluğa atıb. Aeroport işçiləri Rusakovun köməyinə qaçıblar. Dərhal havaya qaldırılan şişmə döşəklə ayaqları dəstəklənən şəxsin boynundakı kəndir nərdivanla yuxarı qalxan məmur tərəfindən qayçı ilə kəsilib.

Xəstəxanaya aparılan Rusakovun müalicə altına alındığı bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR