Onlayn ictimai-siyasi qəzet
Rus iş adamları 2022-ci ilin fevralından bəri Avropadan azı 50 milyard dollar dəyərində aktivləri köçürüblər.
Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Kipr və İsveçrədə qeydə alınmış aktivlərin Rusiya, BƏƏ və Qazaxıstana repatriasiyası ötən ilin fevralında başlayıb.
Belə ki, milyarder Andrey Quryevin və polad maqnatı Viktor Raşnikovun ailə aktivləri İsveçrə və Kiprdən Rusiyaya köçürülüb. Daha sonra onlara milyarderi İqor Altuşkin də qoşulub.
Nəşr yazır ki, avqust ayında rus iş adamları İqor Şilov və Mark Kurtserin nəzarətində olan "United Medical Group CY Plc" və "MD Medical Group Investments Plc"nin səhmdarları da Kiprdən Rusiyaya köçmələrini təsdiqləyib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ