İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı aparıcının bu sözləri DÜNYANI DƏHŞƏTƏ GƏTİRDİ - Simonyan onu belə cəzalandırdı

“Russia Today”ın (RT) efirində səslənən qalmaqallı sözlər dünyanı silkələyib.

Musavat.com Britaniyanın “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, xarici dillərdə yayım həyata keçirən xəbər kanalında aparıcının ukraynalı uşaqlar haqqında dediyi sözlər hiddət doğurub.

“Təzadlı mənalar” verilişini təqdim edən aparıcı Anton Krasovski rusları ukraynalılara qarşı soyqırım törətməyə çağırıb.

Krasovski ukraynalı uşaqların boğulmalı və ya yandırılmalı olduğunu bildirib.

Proqramının qonağı olan rusiyalı fantastika yazıçısı Sergey Lukyanenko SSRİ dönəmində bölgəyə səfər edəndə uşaqların sovet əsgərlərini “işğalçı” adlandırdıqlarını dedikdə, Krasovski belə cavab verib: “Rus əsgərlərini işğalçı olaraq görən ukraynalı uşaqlar çaya atılmalı və boğulmalıdır”.

O, həmçinin əlavə edib ki, uşaqları daxmalara bağlaya və yandıra bilərlər.

Krasovski bildirib ki, Ukrayna, ümumiyyətlə, mövcud olmamalıdır: “Bu ölkə dünya xəritəsində qalmamalıdırmı?”

Rusiyalı aparıcının açıqlaması qısa zamanda sərt reaksiyalara səbəb olub. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba RT-yə qlobal qadağa qoymağa çağırıb.

Kanalın baş redaktoru Marqarita Simonovna Simonyan sükutu pozub.

Simonyan açıqlamanı “vəhşi və iyrənc” adlandırıb: “Aparıcı ilə əməkdaşlığımızı dayandırıram. Nə deyəcəyimi bilmirəm. Sözügedən açıqlama kanalın siyasətini əks etdirmir”.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR