İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Türkiyəyə qarşı ŞOK İTTİHAM - Nazirlik TƏCİLİ açıqlama yaydı

Rusiya Daxili İşlər Nazirliyindən Türkiyəyə qarşı maraqlı ittiham səsləndirilib.

Musavat.com xəbər verir ki, nazirliyin iddiasına görə, ölkədə bazara çıxarmaq üçün hazırlanan saxta dollarların Türkiyədə istehsal olunduğu bildirilir.

Rusiya mətbuatında yer alan xəbərə görə, Sankt-Peterburqda polisə müraciət edən şəxs Sberbank ofisində bir şəxsin ona 2 milyon 261 min 168 rubl qarşılığında 240 100 dollar əskinas verdiyini və yoxlama zamanı əskinasların saxta çıxdığını bildirib.

Rusiya Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada məsələ ilə bağlı keçirilən əməliyyatda 3 Rusiya və 2 Özbəkistan vətəndaşının saxlanıldığı bildirilib.

Məlumatda saxta pulların xaricdə - Qara dənizlə həmsərhəd bir ölkədə istehsal edildiyi qeyd olunub. Rusiya mətbuatı isə bu ölkənin Türkiyə olduğu iddia edib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR