İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada türk seriallarına qadağa qoyulması istənilir - Səbəb olduqca gülməlidir

Rusiyada türk seriallarına qadağa qoyulması ilə bağlı çağırış edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu tələbi irəli sürən “Rusiya veteranları” adlı təşkilatdır.

Təşkilat iddia edir ki, türk serialları süni ideal kişi obrazı yaradır, buna görə də rus qadınları öz həmvətənlərinə maraqlarını itirirlər.

“Bu cür seriallara baxdıqdan sonra bir çox rusiyalı qadın həmvətənlərinə marağını itirir və ekranın onlara sırıdığı obrazı ölkəmizdən kənarda axtarır ki, bu da artıq bir çox faciəvi hallara gətirib çıxarıb”, - deyə məlumatda bildirilir.

Təşkilat öz müraciətində “rus kişilərini alkoqolik və uduzan kimi qələmə verən, tez-tez alçaldıcı şəkildə nümayiş etdirilən” rus seriallarını da tənqid edib.

Müraciət Rusiya Mədəniyyət Nazirliyinə göndərilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

20 Mart 2025

BÜTÜN XƏBƏRLƏR