Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Sverdlovsk vilayət məhkəməsi “The Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçi 16 il müddətinə ağır rejimli koloniyaya məhkum edib.
Musavat.com xəbər verir ki, jurnalist ruslar onu "casusluqda" ittiham edirlər.
Rusiya prokuroru Mikael Ozdoev məhkəmədən amerikalı jurnalistə 18 il həbs cəzası istəyib. İyunun 26-da və iyulun 18-də bağlı qapılar arxasında keçirilən iki iclasda məhkəmə istintaqı yekunlaşdırıb.
Rusiya prokurorları WSJ müxbirini CIA üçün Rusiyanın müdafiə podratçısı “Uralvaqonzavod” haqqında məlumat toplamaqda ittiham edir. Qerşkoviç Rusiyada akkreditasiyadan keçib, Yekaterinburqda və Sverdlovsk vilayətinin digər şəhərlərində olub, qəzet üçün reportajlar hazırlayırdı.
ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton Rusiyada casusluq ittihamı ilə həbsə məhkum edilmiş “The Wall Street Journal” qəzetinin amerikalı jurnalisti Evan Qerşkoviçin azadlığa buraxılmasını tələb edəcək. Bu barədə Ağ Evin saytında məlumat verilib: “O, jurnalist və amerikalı olduğu üçün Rusiya hökuməti tərəfindən hədəfə alınıb. Biz israrla Evanın azad edilməsi yollarını axtarırıq və bunu davam etdirəcəyik”.
Amerika lideri əlavə edib ki, onun “xaricdə saxlanılan Evan, Paul Whelan və bütün amerikalıların azad edilməsini və təhlükəsiz qayıtmasını təmin etməkdən daha üstün prioriteti yoxdur”. Bayden Amerika rəhbərliyinin jurnalisti "evə gətirmək səylərini dayandırmayacağına" söz verdi.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ