İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada taxıl yığımı kəskin azalıb

Rusiya Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü il sentyabrın 1-nə bütün kateqoriyalardan olan təsərrüfatlar (kənd təsərrüfatı təşkilatları, fermerlər, şəxsi yardımçı təsərrüfatlar) üzrə taxıl yığımı ilkin çəkidə 99,97 milyon ton təşkil edib. Bu isə ötən eyni dövrü ilə müqayisədə (114,1 milyon ton) 12,4 faiz azdır.

Rəsmi statistikaya görə, sentyabrın 1-dək əkin sahələrinin 61,4 faizində (keçən il 66,5 faiz idi) dənli bitkilər biçilib.

3,7 milyon ton günəbaxan toplanıb ki, bu da ötən illə müqayisədə (3,4 milyon ton) 9,8 faiz çoxdur. Əkin sahəsinin 1,7 faizindən (keçən il 1,6 faizdən) məhsul götürülüb.

Şəkər çuğunduru sahələrinin 7,6 faizindən (bir il əvvəl 5,9 faiz), 3,8 milyon ton məhsul yığılıb ki, bu da bir il əvvəlkindən (2,8 milyon ton) 36,5 faiz çoxdur.

Bu göstəricilər Rusiyanın Ukraynadan ilhaq etdiyi ərazilər üçün məlumatları əhatə etmir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR